Qazaxıstanda koronavirusa yoluxanların sayı 44-ə çatıb

19.03.2020 Off By admin

Qazaxıstanda daha 7 nəfər koronavirusa yoluxub.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bununla da ölkədə koronavirusa yoluxanların sayı 44-ə çatıb.

“19 yoluxma faktı Almatı, 25 yoluxma faktı isə Nur-Sultan şəhərlərində baş verib”, – deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin imzaladığı fərmana əsasən, ölkədə fövqəladə vəziyyət elan edilib. Fövqəladə hal rejimi martın 15-dən aprelin 15-nə kimi davam edəcək.

Share