Bu gündən “SMS” icazə sistemi ləğv olunur

Bu gündən “SMS” icazə sistemi ləğv olunur

18.01.2021 Off By Füzuli İsmayılov

Bu gündən “SMS” icazə, “icaze.e-gov.az” portalı və xidməti vəsiqə əsasında yaşayış yerini və olduğu yeri tərk etmək sistemi ləğv olunur.

“Hakimiyyət”  qəzeti xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan yanvarın 18-dən sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin yumşaldılması qərara alınıb.

Qərara əsasən, bu gündən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində yaşayış yerini və olduğu yeri “SMS” icazə, “icaze.e-gov.az” portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv edilib.

Share