Şəmkirdə jurnalist qətlə yetirildi

Şəmkirdə jurnalist qətlə yetirildi

21.01.2021 Off By Füzuli İsmayılov

Şəmkir rayonunda qətl hadisəsi baş verib.

Hakimiyyet.info.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Qədim Qala kəndində törədilib. Kənd sakini, 1985-ci il təvəllüdlü Əliyev Bəxtiyar Adil oğlu odlu silahla qətlə yetirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub. Məlumata görə, Bəxtiyar Əliyevi dayısı oğlu Vasif Aslanov qətlə yetirib.

Qeyd edək ki, mərhum bölgədə fəaliyyət göstərən qəzetlərdən birinin redaktoru olub.

Share