Auditorlar Palatasında vətəndaş qəbulu müvəqqəti məhdudlaşdırılıb

19.03.2020 Off By Füzuli İsmayılov

Auditorlar Palatası vətəndaşlara müraciət edib.

Palatadan AZƏRTAC-a bildirilib ki, koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizənin təşkili məqsədilə Auditorlar Palatasının inzibati binasında vətəndaş qəbulunun müvəqqəti olaraq məhdudlaşdırılması məqsədəmüvafiq hesab edilib. Vətəndaşlardan müraciətlərini Auditorlar Palatasının “audit.gov.az” rəsmi saytına (onlayn çat sistemi), “audit-azerbaijan@audit.gov.az” elektron poçt ünvanına, “Facebook” və “Instagram” səhifələrinə yönləndirmələri xahiş olunur.

Tel.: (012) 498 28 55

Mob.: (055) 727 74 77

Share