Keçmiş nazir yeni vəzifəyə təyin olundu

Keçmiş nazir yeni vəzifəyə təyin olundu

22.01.2021 Off By Füzuli İsmayılov

AMEA prezidenti Ramiz Mehdiyev yeni təyinat aparıb.

AMEA-dan “Hakimiyyet.com”-a verilən məlumata görə, R. Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru Yaqub Mahmudovu vəzifəsindən azad edib. Bildirilir ki, Akademik Y. Mahmudov öz ərizəsi ilə işdən azad edilib. O, AMEA prezidentinin müşaviri təyin edilib.

AMEA Rəyasət Heyətinin bugünkü iclasında Ramiz Mehdiyev AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru vəzifəsini icra edən texnika elmləri doktoru, professor Əminağa Sadıqovu da vəzifəsindən kənarlaşdırıb. Onun yerinə isə AMEA prezidentinin müşaviri, sabiq Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov,

akademik Arif Həşimov isə Fizika İnstitutunun direktoru təyin edilib.

 

Share