Hər il Ukraynada 80 minə yaxın insan xərçəng xəstəliyindən vəfat edir
22.01.2021Hazırda Ukraynada bir milyondan çox onkoloji xəstə var.
“Hakimiyyet.com” AZƏRTAC-a xəbər verir ki, bu barədə Ukraynanın səhiyyə naziri Maksim Stepanov məlumat verib.
Nazirin sözlərinə görə, Ukraynada hər il 80 minə yaxın insan xərçəng xəstəliyindən vəfat edir.
“2019-2020-ci ildə xərçəng xəstəliyinin 35-40 faizi üçüncü və dördüncü mərhələlərdə aşkar edilib. Bu cür göstəricilər həm ilkin tibbi yardım həkimləri arasında, həm də əhali arasında bədxassəli neoplazmaların simptomları barədə məlumatsızlığın olduğunun sübutudur”,- deyə Maksim Stepanov əlavə edib.











