Braziliyada baş verən təyyarə qəzasında futbolçular həlak olub

Braziliyada baş verən təyyarə qəzasında futbolçular həlak olub

24.01.2021 Off By Füzuli İsmayılov

Braziliyada futbolçuların olduğu təyyarə qəzaya uğrayıb.

AZƏRTAC-ın “Globo” nəşrinə istinadən verdiyi məlumata görə, Portu-Nasiunal şəhərində (Tokantis ştatı) baş verən qəza nəticəsində 6 nəfər həyatını itirib. Təyyarə uçuş xəttindən havaya qalxdıqdan az sonra yerə çırpılıb.

Bildirilib ki, təyyarədə pilotdan əlavə dörd futbolçu və Braziliyanın dördüncü divizionunun “Palmas” klubunun prezidenti olub.

Share