Bakıda Tovuz sakininə 8 bıçaq zərbəsi vurulub

Bakıda Tovuz sakininə 8 bıçaq zərbəsi vurulub

25.01.2021 Off By Füzuli İsmayılov

Paytaxtın Suraxanı rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Hövsan qəsəbəsində baş verib.

1985-ci il təvəllüdlü Sadıqov Sadıq Firuddin oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı qarnın ön divarı və döş qəfəsinə ümumilikdə 8 bıçaq xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.

“Hakimiyyet.com”

Share