Ötən il cəza çəkməkdən yayınan 245 məhkum barəsində müvafiq tədbirlər görülüb

Ötən il cəza çəkməkdən yayınan 245 məhkum barəsində müvafiq tədbirlər görülüb

25.01.2021 Off By Füzuli İsmayılov

APA-nın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin 2020-ci il fəaliyyətinə həsr olunan mətbuat konfransında Nazirliyin Probasiya xidmətinin rəis müavini Musa Hümbətov bildirib.

Onun sözlərinə görə, ötən il ərzində cəzanın icrasından boyun qaçıran 1023 məhkumun cəzasının qanunvericiliyə uyğun olaraq daha ağır cəza növü ilə əvəz edilməsi ilə bağlı məhkəmələrə təqdimatlar verilib: “Onlardan 575-i təmin edilərək 78 halda islah işləri, 149 halda ictimai işlər, 218 halda azadlığın məhdudlaşdırılması və 309 halda isə azadlıqdan məhkum edilmə ilə əvəz olunub”

“Hakimiyyet.com”

Share