Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev Xırdalanda partlayış baş vermiş əraziyə gəlib – VİDEO

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev Xırdalanda partlayış baş vermiş əraziyə gəlib – VİDEO

25.01.2021 Off By Füzuli İsmayılov

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı aparılır. “Hakimiyyet.com” FHN-ə istinadən xəbər verir ki, hadisə ilə əlaqədar Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir. Görülmüş operativ tədbirlər nəticəsində FHN-in xilasediciləri tərəfindən dağıntı altından 5 nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Axtarış-xilasetmə əməliyyatı davam edir.

Əlavə məlumat veriləcək.

Share