Cəzaçəkmə müəssisələrində koronavirusdan ölüm halı qeydə alınmayıb

Cəzaçəkmə müəssisələrində koronavirusdan ölüm halı qeydə alınmayıb

25.01.2021 Off By Füzuli İsmayılov

Cəzaçəkmə müəssisələrində koronavirusdan ölüm halı qeydə alınmayıb. Bu gün Ədliyyə Nazirliyində keçirilən onlayn brifinqdə Cəzaların İcrasına Nəzarət Üzrə Müfəttişliyin rəisi Malik Ələkbərov 2020-ci ilin yekunlarına həsr olunmuş videokonfransda jurnalistlərin suallarını cavablandırarkən məlumat bildirib.

M.Ələkbərov onu da qeyd edib ki, cəzaçəkmə müəssisələrində tətbiq edilən karantin tədbirləri davam etdirilir. Müəssisələrdə COVID-19 testlərinin aparılması da həyata keçirilir.
“Hakimiyyet.com”
Share