İki ayda Azərbaycanla Moldovanın ticarət dövriyyəsi 1,1 milyon dollar olub

20.03.2020 Off By Füzuli İsmayılov

Yanvar-fevral aylarında Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsi 1,1 milyon dolları ötüb.

Bu barədə AZƏRTAC-a Moldovanın Milli Statistika Bürosundan məlumat verilib.

Bildirilib ki, hesabat dövründə ölkəmizin Moldovadan idxal etdiyi məhsulun dəyəri 990 min dollara yaxın olub. Azərbaycandan Moldovaya isə 137,4 min dollarlıq məhsul ixrac edilib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

Share