Dəniz quldurlarının öldürdüyü Fərman İsmayılov Siyəzəndə dəfn olunub
27.01.2021Qvineya körfəzində Türkiyə şirkətinə məxsus “Mozart” adlı gəmiyə dəniz quldurlarının hücumu nəticəsində öldürülən Azərbaycan vətəndaşı Fərman İsmayılovun cənazəsi doğulduğu Siyəzən rayonuna gətirilib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, mərhum rayonun Qozağacı kənd qəbristanlığlında torpağa tapşırılıb.
Qeyd edək ki, yanvarın 23-də Türkiyə şirkətinə məxsus “Mozart” adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib.












