Arzu Rəhimova general-polkovnik ali hərbi rütbəsi verilib

Arzu Rəhimova general-polkovnik ali hərbi rütbəsi verilib

02.02.2021 Off By Füzuli İsmayılov

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Sərəncama əsasən, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

general-polkovnik ali hərbi rütbəsi

general-leytenant Arzu Yusif oğlu Rəhimova

general-mayor ali hərbi rütbəsi

polkovnik Azad Hüseyn oğlu Əliyevə

polkovnik Natiq Sahib oğlu Qarayevə.

Share