“Rosselxoznadzor” Azərbaycanın 12 müəssisəsindən Rusiyaya pomidor idxalına icazə verib
03.02.2021“Rosselxoznadzor” 12 Azərbaycan müəssisəsindən pomidor idxalına icazə verib
APA-nın Moskva müxbirinin “Rosselxoznadzor”un mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, fevral ayının 5-dən etibarən 12 Azərbaycan müəssisəsindən Rusiyaya pomidor idxalına icazə verilib.
“Rosselxoznadzor” tərəfindən bitki mənşəli məhsulların tədarükü ilə bağlı mövcud məhdudlaşdırmaların aradan qaldırılması məqsədi ilə Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə Azərbaycan müəssisələrində məhsulunun güvəsinə yoluxmaması üçün video yoxlamalar aparır.











