Azərbaycan ilə Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
03.02.2021Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bu ölkənin müdafiə naziri İrakli Qaribaşvili ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri, eləcə də bir sıra vacib sahələrdə əməkdaşlığın perspektivləri diqqət mərkəzində olub.
Görüşdə Azərbaycanın və Gürcüstanın Müdafiə nazirlikləri arasında əməkdaşlığın pozitiv dinamikası müzakirə olunub. Söhbət zamanı müdafiə sahəsində əməkdaşlıq sazişinin imzalanması və hərbi təhsil sahəsində əməkdaşlığın əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb. İki ölkənin müvafiq strukturlarının nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyəti vurğulanıb. İrakli Qaribaşvili azərbaycanlı həmkarının Tbilisiyə səfər edəcəyinə ümidvar olduğunu bildirib.
“Hakimiyyet.com”











