Xudayar Yusifzadənin hərbi geyimi Vətən müharibəsi fondunda qorunacaq
10.02.2021Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin hərbi geyimləri Milli Azərbaycan Tarixi Muzeyinə təqdim olunub.
Şəhidin Dövlət Sərhəd Xidmətinə aid olan hərbi mərasim geyimi muzeydə yeni yaradılan Vətən müharibəsi fondunda saxlanılacaq.

Hərbi geyimin çiyinlərində gizir poqonları, sol qolunda Dövlət Sərhəd Xidmətinin şevronu əks olunub.
Xudayarın hərbi əməliyyatların birindən öncə oxuduğu “Vətən yaxşıdır. ..” təsnifi hazırda Azərbaycanda dillər əzbəridir.
“Hakimiyyet.com”











