Emil Rəhmanovu narkotikə öyrədən şəxs MƏŞHUR XALQ ARTİSTİ İMİŞ
14.02.2021“Azəri Star” müsabiqəsinin laureatı, Əməkdar artist Rəhman Rəhmanovun oğlu Emil Rəhmanov zərərli vərdişlərə aludə olması barədə şok açıqlamalar verib. E. Rəhmanov “Ölkə.Az”-ın əməkdaşıyla söhbətində bildirib ki, onu zərərli vərdişləri öyrədən şəxslərdən biri hazırda məşhur Xalq artistidir:
“Həmin sənətkarlardan biri vəfat edib, digəri isə hazırda sağdır, məşhur Xalq artistimizdir. Hazırda vəziyyətim getdikcə stabilləşir, özümü nisbətən yaxşı hiss edirəm”.
“Hakimiyyet.com”











