Putinlə Paşinyan arasında telefon danışığı olub

Putinlə Paşinyan arasında telefon danışığı olub

17.02.2021 Off By Füzuli İsmayılov

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı Putin və Paşinyan Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağla bağlı 9 noyabr üçtərəfli bəyanatının,eləcə də 11 yanvar 2021-ci üçtərəfli sammitdə əldə olunan razılıqların həyata keçirilməsi aspektlərini müzakirə ediblər

Bundan başqa, Rusiya-Ermənistan əməkdaşlığının bir sıra aktual məsələlərinə toxunulub.

Share