Azərbaycan və Türkiyə arasında daha iki sənəd imzalanıb

Azərbaycan və Türkiyə arasında daha iki sənəd imzalanıb

19.02.2021 Off By Füzuli İsmayılov

Azərbaycan və Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasında Protokol və Fəaliyyət Planı imzalanıb. Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.

Nazir bildirib ki, qeyd olunan sənədlər ölkələr arasında iqtisadi münasibətlərin dərinləşməsinə, yeni birgə layihələrin reallaşdırılmasına töhfə verəcək.

Elvin İsmayılzadə,

“Hakimiyyet.com”

Share