Baş nazir: “Vətən müharibəsində Türkiyənin dəstəyi Azərbaycanın tək olmadığının mesajı idi”

Baş nazir: “Vətən müharibəsində Türkiyənin dəstəyi Azərbaycanın tək olmadığının mesajı idi”

19.02.2021 Off By Füzuli İsmayılov

“44 günlük Vətən müharibəsində Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyənin Azərbaycanın haqq işinə verdiyi dəstək bizə əlavə güc verdi”.

APA-nın məlumatına görə, bunu baş nazir Əli Əsədov bu gün Türkiyə-Azərbaycan Birgə İqtisadi Komissiyasının iclasından sonra deyib.

Baş nazir bildirib ki, bu dəstək bütün dünyaya Azərbaycanın tək olmadığının mesajı idi: “Türkiyə hər zaman Azərbaycanın yanındadır. Hazırda bölgədə gedən bütün proseslərdə Azərbaycan da birmənalı şəkildə qardaş Türkiyənin yanındadır”.

Share