Sahibə Qafarova: “Xocalı soyqırımının günahkarları ədalət qarşısında mütləq cavab verəcəklər”
26.02.2021“Xocalı faciəsinin 29-cu il dönümündə bu faciənin qurbanı olmuş günahsız həmvətənlərimizi rəhmətlə anırıq”.
Bunu Milli Məclisin sədri Sahibə Qafarova “Facebook” hesabında yazıb.
Parlamentin sədri bildirib ki, Xocalı soyqırımı müasir dünya tarixinin ən qanlı səhifələrindən biridir: “Bu soyqırımı cinayətinin günahkarları ədalət qarşısında mütləq cavab verəcəklər”.











