Samuxda iki kişi bıçaqlanıb
28.02.2021Samuxda bıçaqlanma hadisəsi baş verib.
“Hakimiyyet.com” bildirir ki, hadisə rayonun Qarabağlar kəndində qeydə alınıb.
Kənd sakinləri – 1984-cü il təvəllüdlü Elçin Məmmədov və 1976-cı il təvəllüdlü Eldəniz Həsənov qarnının kəsilmiş-deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Hər iki yaralı dərhal cərrahi əməliyyat olunub, vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır./APA











