Bu günün koronavirus statistikası
04.03.2021Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 314 yeni yoluxma faktı qeydə alınıb, 124 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 235 647 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 229 267 nəfər müalicə olunaraq sağalıb, 3 232 nəfər vəfat edib, aktiv xəstə sayı 3 148 nəfərdir.











