Ağdamda vəzifəli şəxs minaya düşüb
04.03.2021Ağdam Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadə rayon ərazisində minaya düşüb.
APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə Ağdamın işğaldan azad olunan Novruzlu kəndində qeydə alınıb.
Ağır yaralanan idarə rəisi Bərdə Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.











