Xaçmazda 17 yaşlı gənc zəhərli qazdan boğularaq ölüb
07.03.2021Xaçmazda 17 yaşlı gənc elektrik generatorundan çıxan zəhərli qazdan boğularaq ölüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bədbəxt hadisə şəhər ərazisindəki dönərxananın zirzəmisində baş verib.
Hadisə nəticəsində Xaçmaz rayonu Əhmədoba kənd sakini, 2004-cü il təvəllüdlü Səbuhi İsmayıl oğlu Kərimov dünyasını dəyişib. Ona kömək etməyə çalışarkən zəhərlənən Müzəffəroba kənd sakini 1995-ci il təvəllüdlü Mayıl Eyyub oğlu Məmmədov isə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.











