Badamdarda sürüşmə aktivləşdi- YOL BAĞLANDI

Badamdarda sürüşmə aktivləşdi- YOL BAĞLANDI

08.03.2021 Off By Füzuli İsmayılov

Bakının Səbail rayonunda baş verən sürümə nəticəsində bir neçə gün əvvəl Badamdar şosesinin təmizlənən hissəsi yenidən torpaq altında qaldığı üçün bağlanıb. Hadisə nəticəsində yaxınlıqda olan restoranın pəncərəsi sınıb. 

Səbail Rayon İcra Hakimiyyətinin Başçısı Vüqar Zeynalov sürüşmə hadisəsi baş verən əraziyə gəlib.

Vüqar Zeynalov bildirib ki, Badamdar qəsəbəsi ərazisində yerləşən sürüşmə zonasında yenidən aktivləşmə olub.

Hazırda araşdırma aparılır. Aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə əlavə məlumat veriləcək.

“Hakimiyyet.com”

Share