Dünyada ötən sutka koronavirusa 326 mindən çox yoluxma qeydə alınıb – ÜST
10.03.2021Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 326 mindən çox artıb.
Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Məlumata əsasən, ötən sutka ərzində 326 990 nəfər yeni koronavirusa yoluxub, 6 573 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 116 874 912, ölənlərin isə 2 597 381 nəfərə çatıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.











