Rəşad Mahmudov: “Vaksinasiyadan bir il keçdikdən sonra daha təhlükəsiz və qorxusuz yaşaya biləcəyik”

Rəşad Mahmudov: “Vaksinasiyadan bir il keçdikdən sonra daha təhlükəsiz və qorxusuz yaşaya biləcəyik”

11.03.2021 Off By Füzuli İsmayılov

“Gələn ilin yayına doğru artıq vaksinasiyadan 1 illik müddət keçdikdən sonra biz daha təhlükəsiz, qorxusuz yaşaya biləcəyik”. 

Bunu APA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov deyib.

Sədr müavini bildirib ki, son günlərdə yoluxmanın yenidən artmasının ən başlıca səbəbi koronavirusun özünün xüsusiyyətləri ilə bağlıdır: “Bildiyiniz kimi, tez-tez mutasiyaya məruz qalan bu virus zaman içərisində daha da aqressivləşmə yolunu seçir. Digər tərəfdən havaların qeyri-stabil keçməsi, fərqli günlərdə isti və soyuq havaların sürətli dəyişməsi də virotik xəstəliklərin yayılması üçün zəmin yaradır. Bu iki amil hazırda ən real səbəblər kimi görünür. Bu gün də ölkəmizdə mənfi tendensiyanın olması hamımızı narahat edir. Gündəlik yoluxma sayını nəzarətdə saxlamaq üçün əsas məsələ hər bir cəmiyyət üzvünün hadisəyə qarşı olan reaksiyasıdır. Ən başda karantin rejiminin bizə diqtə etdiyi 3 əsas məsələyə riayət etməliyik. Eləcə də ictimai yerlərdə çox sıx təmasların azaldılmasına nail olmalıyıq”.

“Hakimiyyet.com”

Share