Şəhriyar Məmmədyarov qara fiqurlarla Levon Aronyana qalib gəlib
14.03.2021Martın 13-də onlayn şahmat üzrə Çempionlar turunun 4-cü mərhələsi start götürüb.
Hakimiyyet.org.az-ın məlumatına görə, Azərbaycan qrossmeysterləri Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov da mübarizəyə qoşulub. İlk turda Ş. Məmmədyarov Ermənistanı təmsil edən Levon Aronyanla görüşüb. Qara fiqurlarla oynayan şahmatçımız qələbə qazanıb.
Teymur isə Aniş Giri (Niderland) ilə üz-üzə gəlib. Şahmatçılar heç-heçəyə razılaşıb.
Qeyd edək ki, birinci mərhələsi dairəvi sistemlə keçiriləcək yarışın ilk günündə daha 4 tur keçiriləcək. Rəcəbov günün 4-cü matçında Aronyanla qarşılaşacaq.











