Ölümlə nəticələnən hadisə
14.03.2021Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə “20 Yanvar” Metrostansiyasının yaxınlığında qeydə alınıb. Belə ki, şəxsi avtomobilinə minmək istəyən 1979-cu il təvəllüdlü Səfərov Pərviz Yelmar oğlunu yük avtomobili vurub.
Onun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.











