Rusiyanın regionlarında əlavə infeksiya boksları tikiləcək
23.03.2020Rusiyanın regionlarında əlavə infeksiya boksları tikiləcək.
AZƏRTAC xəbər verir ki, bunu Rusiya hökuməti sədrinin müavini Marat Xusnullin jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, əlavə tədbirlər hadisələrin istənilən inkişaf versiyasına hazır olmağa imkan verəcək.
Martın 22-nə olan məlumata görə, Rusiyada koronavirusa yoluxanların sayı 367 nəfərə çatıb. Bir gün ərzində ölkədə 61 xəstə aşkar edilib. Moskvada 54, Novqorodda 1, Kirov vilayətində 2, Arxangelskdə 1, Bryanskda 1, Udmurt Respublikasında isə 2 fakt qeydə alınıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva









