Azərbaycanın Gürcüstandakı səfirliyi Rusiyadan gələn vətəndaşımızın ölkəmizə təxliyəsini təmin edib

23.03.2020 Off By Füzuli İsmayılov

Azərbaycanın Gürcüstandakı səfirliyi Avropa, Türkiyə və Rusiyadan Gürcüstan ərazilərindən keçməklə ölkəmizə qayıtmaq istəyən vətəndaşların təxliyəsini davam etdirir.

AZƏRTAC xəbər verir ki, Gürcüstan-Rusiya sərhədindəki “Lars” sərhəd-keçid məntəqəsində bir Azərbaycan vətəndaşı neytral ərazidə qalıb.

Səfirlikdən bildiriblər ki, Rusiya tərəfi Azərbaycan vətəndaşının Gürcüstan ərazisinə keçməsinə icazə versə də, qarşı tərəf mövcud məhdudiyyətə görə onu ölkə ərazisinə buraxmayıb. Səfirlik məsələ ilə bağlı Gürcüstan Xarici İşlər Nazirliyi ilə danışıqlar aparıb və Azərbaycan vətəndaşının ölkəyə girişinə icazə verilib.

Həmin şəxs xüsusi ayrılmış nəqliyyat vasitəsi və polis maşınının müşayiəti ilə “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə aparılıb. Oradan isə onun Azərbaycan ərazisinə təxliyəsi təmin olunub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Share