Fərzad Foroozanmehri İstanbulda saxlanıldı
17.03.2021Azərbaycanın interpol xətti ilə axtarışa verdiyi iranlı iş adamı Türkiyədə saxlanılıb.
“Hakimiyyet.com” xəbər verir ki, Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunan İran vətəndaşı Fərzad Foroozanmehri İstanbulda saxlanılıb. Onun yaxın vaxtlarda Azərbaycana təhvil verilməsi gözlənilir. Qeyd edək ki, KİV-də yayılan məlumatlara görə, bizneslə məşğul olan Fərzad Foroozanmehri Bakıda Azərbaycan vətəndaşı Orxan İsmayılzadənin evini 240 min manata sataraq pulu götürüb və ölkədən qaçıb.
Azərbaycan onu İnterpol vasitəsilə axtarışa verib.











