Vətən müharibəsində itkin düşən hərbçimizin nəşi Xocavənd istiqamətində tapılıb

Vətən müharibəsində itkin düşən hərbçimizin nəşi Xocavənd istiqamətində tapılıb

17.03.2021 Off By Füzuli İsmayılov

Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib. Şəhid Gəncə şəhər sakini, 1998-ci il təvəllüdlü Məmmədov Vüsal  Elşən oğludur. V.Məmmədovun nəşi Xocavənd istiqamətində tapılıb. Onun cənazəsi sabah Gəncə şəhərinə gətirilərək Şəhidlər Xiyabanında dəfin ediləcək.

Qeyd edək ki, V.Məmmədov ailəsi ilə sonuncu dəfə ötən ilin noyabrın 6-da telefonla danışıb.

Allah rəhmət eləsin!

Füzuli Əfqanoğlu,

“Hakimiyyet.com”

Share