Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 244-ə çatıb

23.03.2020 Off By Füzuli İsmayılov

Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 244 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, Uelsdə 12, Şotlandiyada 10, Şimali İrlandiyada 2, İngiltərədə isə 220 ölüm faktı qeydə alınıb.

Baş Nazir Boris Conson Analar Gününü qeyd etməyə hazırlaşan ailələrə analar üçün ən yaxşı hədiyyənin məhz bir yerə toplaşmamaq olduğunu söyləyib.

O, qaydalara əməl ediləcəyi təqdirdə, təxminən 12 həftəyə bu virusdan azad ola biləcəklərini vurğulayıb.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

Share