Lionel Messi daha bir rekorda imza atıb

Lionel Messi daha bir rekorda imza atıb

18.03.2021 Off By Füzuli İsmayılov

İspaniyanın “Barselona” futbol klubunun kapitanı Lionel Messi cari mövsümdə Avropanın “Top-5” çempionatında daha çox görüşdə ən yaxşı oyunçu seçilməklə yeni rekord müəyyənləşdirib.

Argentinalı hücumçu 16 oyunda matçın ən yaxşısı seçilib. Bu göstərici üzrə ikinci yerdə “Tottenhem”in forvardı Harri Keyn (10 dəfə) qərarlaşıb. İlk üçlüyü “Vilyarreal”ın hücumçusu Xerard Balaqero (9) tamamlayıb.

Dördüncü və beşinci pillələri “Bavariya”nın futbolçusu Robert Levandovski (8), “Napoli”nin kapitanı Lorenzo İnsinye (8) bölüşüblər. “Yuventus”un hücumçusu Kriştiano Ronaldo isə bu göstəriciyə görə 18-ci yerdədir.

Share