Bayden Ağ Evdə bayraqları endirməyə göstəriş verdi

Bayden Ağ Evdə bayraqları endirməyə göstəriş verdi

24.03.2021 Off By Füzuli İsmayılov

ABŞ Prezidenti Co Bayden Kolorado ştatının Boulder şəhərində baş verən silahlı insident nəticəsində həlak olanların xatirəsinə Ağ Evdə bayraqların endirilməsinə göstəriş verib.

Bu barədə Ağ Evin mətbuat mərkəzi məlumat yayıb. Bildirilib ki, ABŞ lideri çərşənbə axşamı Ohayo ştatına yola düşmədən əvvəl qısa da olsa Boulderdəki faciədən bəhs edəcək: “Bayden hadisə barədə mütəmadi olaraq məlumatlandırılır və nəzarətdə saxlanılır”.

Xatırladaq ki, bazar ertəsi 21 yaşlı Kolorado sakini Əhməd Alissa “King Soopers” super marketinin yaxınlığında atəş açaraq bir polis də daxil olmaqla 10 nəfər öldürmüşdü. Hadisənin motivləri hələ də dəqiqləşdirilməyib.

“Hakimiyyet.com”

Share