Draqan Stoykoviç: “Onların problem yaradacağını vurğulamışdım”

Draqan Stoykoviç: “Onların problem yaradacağını vurğulamışdım”

30.03.2021 Off By Füzuli İsmayılov

“Çətin oyun olacağını gözləyirdik”. Bunu Serbiya yığmasının baş məşqçisi Draqan Stoykoviç DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisi ilə keçirilən oyundan sonra deyib.

56 yaşlı mütəxəssis Bakı Olimpiya Stadionunda baş tutan və 2:1 hesabı ilə qalib gəldikləri qarşılaşmadan sonra mətbuat konfransında komandasının çıxışını bu cür dəyərləndirib: “Onların problem yaradacağını vurğulamışdım. Əks-hücumdan bizi cəzalandıra bilərdilər. Hesab 1:1 olduqdan sonra işimiz çətinləşdi. Ancaq meydandan 3 xalla ayrılmağı bacardıq”

“Hakimiyyet.com”

Share