Türkiyə Təhlükəsizlik Şurasının növbəti iclası olub
31.03.2021Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə martın 30-da Türkiyə Təhlükəsizlik Şurasının növbəti iclası keçirilib.
Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi xəbər verir ki, iclasda gündəlikdə duran mühüm məsələlər müzakirə edilib.
Bildirilir ki, Türkiyə tərəfi bundan sonra da Suriya böhranının həlli, Liviyadakı vəziyyətin normallaşması istiqamətində səylərini davam etdirəcək.
Vurğulanır ki, PKK/KCK-PYD/YPG, FETÖ və İŞİD terror təşkilatları başda olmaqla, Türkiyənin birlik, bərabərlik və bütövlüyünə qarşı olan bütün terror təşkilatları ilə aparılan mübarizə qərarlı bir şəkildə bundan sonra da əzmlə davam edəcək.
Diqqətə çatdırılır ki, Türkiyə Respublikasının quruluşunun yüzüncü ildönümünə, 2023-cü ilə qədər ölkənin iqtisadi, ictimai-siyasi və hərbi təhlükəsizliyinin ən yüksək səviyyəyə çatdırılması dövlətin başlıca hədəfidir.
“Hakimiyyet.com”











