Səlcuq Bayraqdar Azərbaycanda
31.03.2021“Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni Səlcuq Bayraqdar Azərbaycanda səfərdədir.
Bayraqdar Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad edib.
Bayraqdar həmçinin, Şəhidlər xiyabanında olub. Vətən uğrunda canından keçən şəhidlərimizin məzarlarını və Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklil qoyub.


“Hakimiyyet.com”











