“YAŞAT”dan açıqlama

“YAŞAT”dan açıqlama

03.04.2021 Off By Füzuli İsmayılov

“YAŞAT” Fondunun fəaliyyət istiqamətləri üzrə 1 aprel 2021-ci il tarixinədək 16 milyon 718 min  386,33 manat vəsait 1210 şəhid ailəsi üzvü, 1424 yaralı və 3 itkin ailəsi üzvünün məişət şəraitinin yaxşılaşdırılmasına, 32 şəhid ailəsi üzvünün, 1 yaralının təhsil, 479 şəhid ailəsi üzvünün, 322 yaralı və 2 itkin ailəsi üzvünün istehlak kreditləri, 401 şəhid ailəsi üzvü və 97 yaralının tibbi xərclərinə yönəldilib. Bu, Prezident İlham Əliyevin 24 noyabr 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin, müharibə veteranları və iştirakçılarının sosial müdafiəsi üzrə” İşçi Qrupun iclasında açıqlanıb.

İclasda Türkiyə və İsraildən dəvət olunmuş həkimlər tərəfindən yaralıların müayinələrinin aparılması, onların müalicəsi və protezlərlə təminatı, ağır yaralıların müalicə və əməliyyat olunması məqsədi ilə Türkiyəyə göndərilməsi sahəsində görülmüş işlər də qeyd edilib.

“Hakimiyyet.com”

Share