Gürcüstan ilə ABŞ arasında strateji tərəfdaşlığın perspektivləri müzakirə olunub
13.04.2021Gürcüstanın xarici işlər naziri David Zalkaliani ilə ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
AZƏRTAC xəbər verir ki, bu barədə D.Zalkaliani “tvitter” hesabında yazıb.
Zalkaliani bildirib ki, söhbət zamanı Gürcüstanda və bölgədə təhlükəsizlik, ABŞ-la strateji tərəfdaşlığın perspektivləri və Gürcüstanda demokratik konsolidasiya məsələləri müzakirə olunub.
Onun sözlərinə görə, ABŞ-ın Gürcüstanın ərazi bütövlüyünə, həmçinin Avroatlantik strukturlara inteqrasiyasına qətiyyətli dəstəyi mühüm əhəmiyyət kəsb edir.
D.Zalkaliani Gürcüstanın tərəfdaşlığın daha da gücləndirilməsi üçün Bayden administrasiyası ilə sıx əməkdaşlığa ümid etdiyini vurğulayıb.











