Misirdə qatar relsdən çıxıb, 8 nəfər ölüb, yüzdən çox insan yaralanıb

Misirdə qatar relsdən çıxıb, 8 nəfər ölüb, yüzdən çox insan yaralanıb

18.04.2021 Off By Füzuli İsmayılov

Misirdə Qahirənin şimalındakı Qalyubia əyalətində bir qatarın relsdən çıxması nəticəsində 100-dən çox insan yaralanıb.

 RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə regionun administrasiyası məlumat verib.

Əl-Ərəbiyyə telekanalının ilkin məlumatında qatar qəzasında səkkiz nəfərin öldüyü və 20-dən çox insanın yaralandığını bildirilmişdi. Qatar Əl-Mansur şəhərindən Qahirəyə yola düşüb.

Sonradan qeyd olunub ki, qəzada 109 vətəndaş xəsarət alıb.

Bölgənin qubernatorluğundan verilən məlumata görə, səkkiz vaqon relsdən çıxıb.

“Hakimiyyet.com”

Share