Müslüm Maqomayevin heykəli Dənizkənarı Milli Parkda ucaldılacaq

Müslüm Maqomayevin heykəli Dənizkənarı Milli Parkda ucaldılacaq

27.04.2021 Off By Füzuli İsmayılov

Dünya şöhrətli opera və estrada müğənnisi, Xalq artisti Müslüm Maqomayevin heykəli Bakı şəhəri, Dənizkənarı Milli Parkda ucaldılacaq.

Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd olunub ki, milli mesenat Hacı Zeynalabdin Tağıyevin və Müslüm Maqomayevin heykəllərinin ucaldılması ilə bağlı işlər artıq yekunlaşmaq üzrədir: “Dəqiq vaxt müəyyən edildikdə bu barədə ictimaiyyətə məlumat veriləcək”.

Xatırladaq ki, Prezident İlham Əliyev Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı şəhərində görkəmli sənətkar Müslüm Maqomayevin abidəsi ucaldılacaq. Heykəlin müəllifi Xalq rəssamı Ömər Eldarovdur.

“Hakimiyyet.com”

Share