“Şəhidlər ölməz, vətən bölünməz”
30.04.202129 aprel 2021-ci il tarixində Astara rayon Heydər Əliyev Mərkəzinin, Astara rayon Gənclər və İdman İdarəsinin, Astara Pedaqoji Kollecinin, Yardımlı rayon Heydər Əliyev Mərkəzinin, Astara rayon Təngərüd kənd tam orta məktəbinin, Astara Tarix-Diyarşünaslıq Muzeyinin, Astara rayon Dövlət Rəsm Qaleriyasının birgə təşkilatçılığı ilə 44 günlük Vətən Müharibəsinin qəhrəman şəhidlərinin əziz xatirəsinə həsr olunmuş “Şəhidlər ölməz, vətən bölünməz” mövzusunda onlayn videokonfrans keçirildi.
Videkonfransda əlaqadar təşkilatların nümayəndələri, Şəhid ailələri, Vətən müharibəsi qaziləri və müharibə iştirakçıları iştirak ediblər.
Konfransda mövzu ətrafında çıxış edən Astara rayon Alaşa kəndindən Şəhid MAXE Nəhmətov Telmanın atası Nəhmətov Təyyar və yoldaşı Şəfa Nəhmətova, Astaranın ilk şəhid hərbi həkimi Nurlan Fərəməzovun atası Əhliman Fərəməzov, Astara rayon Ərçivan qəsəbəsindən olan şəhid Əli Feyziyevin yoldaşı Afaq Feyziyeva, Yardımlı rayonunun Bilnə kəndindən olan şəhid Rzalı Əlinin atası Nuru Rzalı, Astara rayon Kijabə qəsəbə xəstəxanasının həkimi, Vətən müharibəsi qazisi Vüqar Ağayev, Astara rayon Təngərüd kənd tam orta məktəbinin direktoru Xəqani Mahmudov, Yardımlı rayon Heydər Əliyev Mərkəzinin direktoru Aqil Ağayev, Astara Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimov, Astara rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Rufan Şirinov, Astara Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülzar İsmayılova, Astara rayon Dövlət Rəsm Qaleriyasının ekskursiya rəhbəri Ülviyyə Mirzəyeva qeyd etdilər ki, zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının igidliyini və əyilməz ruhunu nümayiş etdirdi. Müzəffər ordumuzun müharibədə gücünü və peşəkarlığını görmək hamımıza nəsib oldu. Düşmənin təxribatı nəticəsində sentyabrın 27-dən etibarən başlayan “Dəmir yumruq” əməliyyatı Azərbaycanın hərbi qüdrətini, yüksək döyüş bacarığını nümayiş etdirərək Ermənistan silahlı qüvvələrini diz çökdürdü. Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük İkinci Qarabağ müharibəsində minlərlə vətən övladı doğma torpaqlarımızın hər qarışı uğrunda son damla qanına qədər döyüşərək əsl qəhrəmanlıq nümunələri göstərdilər. Vətən uğrunda canlarından keçən igidlərimizin qanı yerdə qalmadı. Qəhrəman ordumuz bütün şəhidlərin, o cümlədən Xocalı soyqırımının qurbanlarının qisasını aldı, düşməni darmadağın etdi. Torpaqlarımız 30 illik işğaldan sonra ana vətənə qovuşdu.
“Hakimiyyet.com”











