Badamdar qəsəbəsində bədbəxt hadisə-Yeniyetmənin vəziyyəti son dərəcə ağırdır
02.05.2021Bakının Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsində 14 yaşlı yeniyetmənin başına daş piltəsi düşüb.
Hadisə nəticəsində 2007-ci il təvəllüdlü Şabanov Əli Mahir oğlu ağır kəllə-beyin travması alıb və komatoz vəziyyətdə xəstəxanaya yerləşdirilib. Yeniyetmənin vəziyyətinin son dərəcə ağır olduğu bildirilir.
İTV hadisənin başvermə anının görüntülərini yayımlayıb. Həmin videonu təqdim edirik:
“Hakimiyyet.com”











