Bakıda avtomobil 4 piyadanı vurub, ölən və yaralananlar var
10.05.2021Bakının Nərimanov rayonunda ağır yol qəzası baş verib.
Gülarə Qədirbəyova küçəsində “BMW” markalı avtomobil 3-ü qadın olmaqla, bir ortayaşlı oğlanı vurub.
Məlumata görə, onlar işlədikləri mağazadan çıxaraq piyadalar üçün müəyyən edilməmiş hissədən keçirmiş. Yol qəzası nəticəsində 3 qadın ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. 28 yaşlı Rauf Məmmədov isə hadisə yerində ölüb.
“Hakimiyyet.com”











