Gürcüstanın aviasiya yanacağının 6,2 faizini Azərbaycan təmin edib

Gürcüstanın aviasiya yanacağının 6,2 faizini Azərbaycan təmin edib

12.05.2021 Off By Füzuli İsmayılov

Bu ilin yanvar-aprel aylarında Gürcüstanın aviasiya yanacağının 6,2 faizini Azərbaycan təmin edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalatçıları Birliyindən məlumat verilib.

Bildirilib ki, Gürcüstan bu ilin ilk 4 ayında Azərbaycandan min ton aviasiya yanacağı idxal edib.

İlk dörd ayda Gürcüstanın tədarük etdiyi aviasiya yanacağının ümumi həcmi illik müqayisədə 16,9 faiz azalaraq 16,2 min ton təşkil edib.

Share