Moskvada dahi Nizami Gəncəvinin 880 illik yubileyi qeyd olunub
18.05.2021 Mayın 15 – də Rusiya Fedeyasiyasının paytaxtı Moskva şəhərində dahi Azərbaycan şairi, mütəfəkkir düşüncə sahibi, böyük Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi qeyd olunub. Tədbirin təşkilatçısı Azərbaycan-Rusiya Mədəniyyət Mərkəzinin – “AZƏRROS”-un prezidenti Xanoğlan Əliyev olmuşdur. Tədbirdə Rusiyanın ayrı-ayrı bölgələrində olan tanınmış ədəbiyyatçılar, şair və ictimai xadimlər iştirak etmişlər. Əməkdaşımızın məlumatına görə, tədbir çox təntənəli şəkildə keçirilmiş, böyük Nizaminin əsərləri səsləndirilmiş, onun dünya poeziya evinin xəzinəsinə əbədi həkk olunan əsərlərinin fəlsəfi mahiyyəti açıqlanmışdır.


Tədbir iştirakçıları belə görüşün təşkilinə görə “AZƏRROS”-un
prezidenti Xanoğlan Əliyevə minnətdarlığını bildirmiş, Azərbaycan mədəniyyətinin zəngin tarixinə hörmət və bağlılığını səmimiyyətlə etiraf etmişlər.
Füzuli Əfqanoğlu,
“Hakimiyyət” qəzeti









